REGİONLAR
BƏRDƏDƏ QUŞ QRİPİ İLƏ ƏLAQƏDAR MƏŞĞƏLƏ KEÇİRİLMİŞDİR
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Bərdə zona baytarlıq laboratoriyasında quş qripi xəstəliyinin diaqnostikası və profilaktikası ilə əlaqədar məşğələ keçirilmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə aparılan məşğələlərdə Bərdə, Ağdam, Tərtər və digər rayonların baytarlıq idarələri, laboratoriyaları və məntəqələrinin mütəxəssisləri iştirak etmişdir.
FAO-nun quş qripi üzrə mütəxəssisi Georgi Kiani və Dövlət Baytarlıq Xidmətinin xüsusi təhlükəli xəstəliklər üzrə epizootoloji nəzarət bölməsinin müdiri Kliment Əsədovun apardığı məşğələdə bu təhlükəli xəstəliyin yaranması, fəsadları, yayılması və insana yoluxması, profilaktiki tədbirlər və s. barədə ətraflı söhbət açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]