MƏDƏNİYYƏT
BAŞQIRD XALQININ MİLLİ QƏHRƏMANI VƏ ŞAİRİ SALAVAT YULAYEVİN YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ
TÜRKSOY-un Baş direktorluğu, Başqırdıstan Respublikasının Mədəniyyət və Milli Siyasət Nazirliyi, Yazıçılar İttifaqı və “Kitab” nəşriyyatı tərəfindən çap olunmuş kitab TÜRKSOY-un baş direktoru, Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlunun təbriki və giriş sözü ilə açılır. Başqırdıstanın mədəniyyət və milli siyasət naziri, respublika hökuməti sədrinin müavini Xələf İşmuratov “Birliyə aparan bahadır” məqaləsində Salavat Yulayevin qəhrəmanlığından söz açaraq yazır ki, o, hələ 20 yaşında olarkən istedadlı sərkərdə kimi tanınmış, təkcə başqırdları deyil, Ural ellərində yaşayan başqa xalqların nümayəndələrini də 1773-75-ci illərdə torpaq və azadlıq uğrunda, çar ordusunun qanlı əməllərinə qarşı mübarizəyə qaldıra bilmişdi.
Ktabda Salavat Yulayevin şerləri ilə yanaşı, başqırd şairlərinin ona həsr etdikləri şerlər, alimlərin, tarixçilərin milli qəhrəman haqqında yazıları da verilmişdir.