MƏDƏNİYYƏT
BƏSTƏKARLA GÖRÜŞ KEÇİRİLMİŞDİR
Astara rayon uşaq-musiqi məktəbində əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli bəstəkar Musa Mirzəyevlə görüş keçirilmişdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edənlər bəstəkarın həyat və yaradıcılıq yolundan danışmış, musiqi mədəniyyətimizin formalaşmasında onun səmərəli fəaliyyətini yüksək dəyərləndirmiş, sənətkara 70 illik yubileyi ilə əlaqədar ən xoş arzularını bildirmişlər.
Məktəbin şagirdləri bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış etmişlər.
Bəstəkar musiqi ifaçılarının Qazaxıstanın Astana şəhərində keçirilmiş dördüncü Beynəlxalq müsabiqəsindəki çıxışlarından danışmış, məktəbin müəllimlərinə və şagirdlərinə məsləhət və tövsiyələrini vermiş, bir neçə əsərini fortepianoda ifa etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]