İDMAN
BBC DÜNYA ÇEMPİONATININ OYUNLARINI İRİ EKRANLARA YAYIMLAMAQDAN İMTİNA ETMİŞDİR
Azarkeşlər öz komandasının oyunundan narazı qaldıqlarını belə ifadə etmişlər. Komandanın ilk görüşünü London rayonlarından birində 6 minədək azarkeş izləmişdir. Görüşün sonuna yaxın azarkeşlər əlbəyaxa olmuşlar. Nəticədə altı adam, o cümlədən 5 yaşlı oğlan uşağı xəsarət almışdır.
Liverpulda İngiltərə-Paraqvay oyununun gedişini 3 minədək futbol divanəsi izləmişdir. Sona yaxın azarkeşlər bir-birinin üstünə butulkalar, plastik stəkanlar atmış, partlanğıclar yandırmışlar. İğtişaşlar başlanan kimi görüşün translyasiyası dayandırılmış, azarkeşlər isə polislərin üstünə cummuşlar.
Mançesterdə toqquşmalar baş verməsə də, BBC orada da yayımları dayandırmaq niyyətindədir, çünki meydançaya, əvvəlcədən planlaşdırıldığı kimi, 8 min deyil, 12 min azarkeş gəlmişdir. Polislər ehtiyatlanırdılar ki, toqquşma başlansa, basabas yaranacaq və bu zaman çoxlu adam xəsarət ala bilər.