ELM VƏ TƏHSİL


BDU 2021-2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulunu elan edir

Bakı, 21 iyun, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) 2021-2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulunu elan edir.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, sənədlərin qəbulu avqustun 5-dək onlayn formada aşağıdakı linkdən qeydiyyatdan keçməklə aparılır.

http://indep.bsu.edu.az/en/rub/apply-online

Müsahibə avqustun 10-dan 20-dək onlayn formada aparılacaq.

Təqdim ediləcək sənədlərin siyahısı:

- seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə, rektorun adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);

- əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

- sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması barədə arayış;

- etibarlı sərhədkeçmə sənədi;

- 3x4 sm ölçüdə rəqəmsal fotoşəkil;

- tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

- fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

- İddiaçı haqqında dəstək məktubu.

Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi (DYİ seriyası) olan xarici vətəndaşlar BDU-ya yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi qəbul imtahanları əsasında qəbul ola bilərlər.

Xarici ölkə vətəndaşlığı ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşlığı olan şəxslərin əcnəbi vətəndaş qismində BDU-ya sənəd təqdim etmələri qadağandır. Onlar universitetə Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi qəbul imtahanları əsasında qəbul ola bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.