ELM VƏ TƏHSİL
“BDU Könüllüləri”nə təşəkkürnamələr təqdim olunub
Bakı, 27 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “BDU Könüllüləri”nə təhsil müəssisəsinin ictimai həyatında fəal iştiraklarına, müxtəlif şöbə və strukturlarda səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələr təqdim edilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
“BDU Könüllüləri“nin sıralarında bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr ötən ildən başlayaraq fakültələrdə, kafedralarda, şöbələrdə və digər strukturlarda könüllü kimi uğurla fəaliyyət göstərir, universitetin ictimai həyatında yaxından iştirak edirlər.
Xatırladaq ki, “BDU Könüllüləri” qrupu 2020-ci ildə yaradılıb. Az bir müddətdə qrup öz sıralarında 500-dən artıq fəal tələbəni birləşdirib. Hazırda 45 tələbə universitetin struktur bölmələrinin və fakültələrin fəaliyyətinə könüllü kimi cəlb olunub.