BDU aliminin həmmüəllif olduğu məqalə impakt faktorlu jurnalda dərc edilib
AzerTAg.az
Bakı, 23 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu “Antibiotiklərə davamlı olan bakteriyalara qarşı əksmənalı agentlər” (Antisense agents against antibiotic-resistance bacteria) adlı icmal məqaləsi “Scopus” bazasinda indekslənən Q2 “Le İnfezioni in Medicina”( 2022-ci il) jurnalında çap olunub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, icmal məqalədə oliqonükleotidlərin genlərə təsiri ilə patogen bakteriyaların inkişafının qarşısının alınmasının mümkünlüyü müzakirə olunur. Məqalədə irəli sürülən ideya və mühakimələr patogenlərə qarşı mübarizədə yeni perspektivlər açır.

Xəbərin mətnində orfoqrafik səhv var