ELM VƏ TƏHSİL


BDU aliminin həmmüəllifi olduğu məqalə Bentham nəşriyyatında çap olunmuş kitaba daxil edilib

Bakı, 25 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “Altsheymer xəstəliyində ortaya çıxan nanoterapevtik strategiyalar” (Emerging Nanotherapeutic Strategies in Alzheimer’s Disease) məqaləsi Bentham nəşriyyatının “Frontiers in Clinical Drug Research” adlı kitabında yer alıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, məqalədə neyrodegenerativ xəstəliklərin müalicəsində nanotexnologiyanın tətbiqindən bəhs edilir. Belə ki, son onillikdə Altsheymer xəstəliyinin diaqnoz və müalicəsində nanotexnologiyanın müxtəlif metodları, habelə dərmanların hədəfə çatdırılması geniş tətbiq edilir.

Qeyd olunan elmi nəşrdə bu istiqamətdə alınmış mühüm nəticələr işıqlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.