ELM VƏ TƏHSİL


BDU aliminin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda dərc edilib

Bakı, 19 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimovun həmin kafedranın doktorantı Fidan Cəbrailzadə və Alaniya Universitetinin dosenti Seher Aslançı ilə həmmüəllif olduqları “Dual-holomorf funksiyalar və lift problemləri” adlı məqalə “Chinese Annals of Mathematics, Series B (English version)” jurnalında dərc edilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bu jurnal 1981-ci ildən başlayaraq “Web of Science” (Clarivate Analytics) elmi məlumatlar platformasının nüfuzlu SCI-Expanded indeksinə daxildir (impakt faktoru: 0.756). Müxtəlif illərdə jurnalın redaksiya heyətində riyaziyyat üzrə Abel və Filds mükafatı laueratları çalışıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.