ELM VƏ TƏHSİL


BDU-da tədbir: Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur

Bakı, 17 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı, “Z.Xəlilov küçəsi 33” ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tədbirdə “Z.Xəlilov küçəsi 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, irimiqyaslı layihələr barədə danışıb. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərin Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu vurğulayıb.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövründə xalqın rifahının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb. Ulu Öndərin əsasını qoyduğu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını, ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı təmin edib. Bu uğurların zirvəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun doğma torpaqlarımızı ermənilərin işğalından azad etməsi olub.

YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, BDU-nun Kimya fakültəsinin dekanı Fuad Kərimli çıxışlarında qeyd ediblər ki, Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Ulu Öndərin çoxşaxəli fəaliyyətinin bəhrəsidir.

Tədbirdə YAP-ın yeni üzvlərinə partiya vəsiqələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.