ELM VƏ TƏHSİL


BDU-nun Kimya fakültəsinin müəllim və tələbələri Milli Qurtuluş Gününü qeyd ediblər

Bakı, 15 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov Azərbaycanın şanlı tarixində Milli Qurtuluş Gününün əhəmiyyəti, xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması barədə danışıb.

Sonra Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri Rasim Alosmanov Ümummilli Liderin Azərbaycan miqyasında həyata keçirdiyi xilaskarlıq missiyası, milli-mənəvi və dini dəyərlər sahəsində apardığı mütərəqqi islahatlar haqqında ətraflı məlumat verib.

Tədbirdə Kimya fakültəsinin TGT üzvləri Sevinc Həsənova və Zeynəb Qədirovanın çıxışları dinlənilib. Onlayn tədbir Milli Qurtuluş Günü haqqında videoçarxın təqdimatı ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.