ELM VƏ TƏHSİL


BDU-nun əməkdaşı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda tədqiqat aparacaq

BDU-nun əməkdaşı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda tədqiqat aparacaq

Bakı, 29 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Lalə Qəhrəmanlı İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun Frascati laboratoriyasında (National Laboratory of Frascati (LNF) of the National Institute for Nuclear Physics) tədqiqat aparacaq.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

L.Qəhrəmanlı İtaliya hökuməti tərəfindən xaricdə yaşayan bu ölkənin vətəndaşları və xarici vətəndaşlar üçün 2022-2023-cü illərə bağlı elan edilmiş qrant müsabiqəsində qalib olub.

Proqramda nəzərdə tutulan araşdırmanın professor Stefano Belluccinin rəhbərliyi altında həyata keçirilməsi nəzərdə tutulur. Birölçülü nanonaqillərin və hibrid sistemlərin fotokataliz prosesində istifadəsinin effektivliyi qazanılan qrant mövzusunun əsasını təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.