Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

BDU-nun professoru: “Ağıllı kənd” layihəsi çərçivəsində doğma Qarabağımız elm və mədəniyyət məkanına çevriləcək

BDU-nun professoru: “Ağıllı kənd” layihəsi çərçivəsində doğma Qarabağımız elm və mədəniyyət məkanına çevriləcək

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin erməni işğalından azad edilmiş torpaqlarımıza ardıcıl səfərləri Qarabağ münaqişəsinin tarixə çevrilməsinin və torpaqlarımızın öz sahibinə qayıtdığının göstəricisidir. Otuz ilə yaxın müddətdə erməni vandalizminə, vəhşiliklərinə məruz qalmış şəhər və kəndlərimizin Prezident İlham Əliyevin təşəbbüsü və çağırışı sayəsində yenidən dirçəldilməsi və abadlaşdırılması ümumxalq hərəkatına çevrilib. Burada başlıca məqsəd bütün azad edilmiş torpaqlarımızı, yaşayış yerlərini, şəhər və kəndlərimizi, tarixi yerləri və abidələri bərpa etməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinin icrası üçün hazırlıq mərhələsinə başlanılıb. “Ağıllı kənd” pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. “Ağıllı kənd” pilot layihəsi çox müasir yanaşma konsepsiyası əsasında hazırlanıb. Bu yanaşma dövlətimizin başçısı İlham Əliyevin “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncamında ətraflı şəkildə əksini tapıb. Sərəncama uyğun olaraq bu proses sürətlə və uğurla həyata keçirilir. Həyata keçiriləcək kompleks tədbirlərin, o cümlədən “Ağıllı kənd” pilot layihəsinin ümumi məqsədi, ilk növbədə, orada yaşayacaq insanların məmnunluğunu artırmaq, onların həyat tərzinin düzgün və müasir tələblər səviyyəsində qurmaq, lazımi infrastrukturla təmin etməkdir. Eyni zamanda, ölkəmizi daha da gücləndirmək, dayanıqlı inkişafın təmin edilməsi üçün bütün bölgələrimizin, müxtəlif qurumların, istehsal obyektlərinin potensialından düzgün və səmərəli istifadə etməkdir. Birinci “Ağıllı kənd” pilot layihəsini əhatə edən kəndlərdə yeni tikililər, o cümlədən müasir tələblərə cavab verən məktəb, bağça, xəstəxana, kitabxana və elektron idarəetmə mərkəzləri, məişət-kommunal xidmətləri və digər infrastruktur inşa olunacaq. Bu kəndlərdə yaşayış evlərinin, sosial obyektlərin, inzibati idarəetmə və ictimai iaşə binalarının, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbəyi ilə təmin edilməsi bu pilot layihədə başlıca yer tutur.

Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, erməni işğalçıları tərəfindən dağıdılmış şəhər və kəndlərimiz ən müasir texnologiyalara əsaslanan “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyası əsasında bərpa olunacaq. Aprelin 26-da bu istiqamətdə ilk addım atıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan rayonunda səfərdə olarkən rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən “Ağıllı kənd” layihəsinin təməlqoyma mərasimində iştirak etdilər. Mərasimdə dövlətimizin başçısı xarici şirkət nümayəndələri ilə videoformatda söhbət etdi. Prezidentin uğurlu siyasətinin nəticəsi olaraq layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edəcəklər. Prezident İlham Əliyev birinci layihədə Türkiyə şirkətinin iştirakından şad olduğunu bildirdi. Bu da ondan irəli gəlir ki, qardaş Türkiyə hər zaman, 44 günlük Vətən müharibəsi günlərində də daim Azərbaycanın yanında olub və bizi dəstəkləyib. Təbii ki, müharibədən sonra da qardaş ölkə bizim yanımızdadır və bütün bərpa işlərində də fəal iştirak edəcək.

İ.Zeynalov qeyd edib ki, “Ağıllı kənd” pilot layihəsində inşasına başlanılan Ağalı kəndi işğaldan azad edilmiş torpaqlarımızda inşa ediləcək birinci kənddir. Bu isə çox böyük önəm daşıyır, çünki Qarabağa - işğaldan azad edilmiş torpaqlarımıza “Böyük Qayıdış” buradan başlayır. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə, o cümlədən Cəbrayıl və Zəngilan rayonlarına səfərləri və həmin torpaqlarda aparılan bərpa, quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması artıq yeni həyatın başlanmasına, “Böyük Qayıdış”ın çox qısa müddət ərzində reallaşacağına işarədir. Çünki işğaldan azad edilmiş şəhər və kəndlərimizin, tarixi yerlərimizin bərpası ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında, ən təcrübəli, peşəkar mütəxəssislərin iştirakı ilə aparılır.

“Ağıllı kənd” layihəsi çərçivəsində ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarında istifadə edilməklə 200 fərdi evin tikilməsi nəzərdə tutulur. Həmçinin layihəyə uyğun olaraq evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu quruculuq işlərində ən böyük təcrübəsi olan “Huayvei-Azərbaycan” şirkətinin “Ağıllı kənd” rəqəmsal texnologiyalarından istifadə olunmaqla, layihənin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradılaraq, “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini həyata keçirilməsi nəzərdə tutulur. Deməli, bu, müharibədən sonrakı dövrdə də Azərbaycanın gücünü, qüdrətini əks etdirən sarsılmaz birliyin daha da möhkəmlənməsi, həm də işğaldan azad edilmiş, erməni vandalizminə məruz qalmış torpaqlarımızda bərpa işlərinin həyata keçiriləcəyinə böyük təminatdır. Burada əsas nəzərdə tutulan məqsədlərdən biri də işğaldan azad edilən torpaqlarımızda “ağıllı şəhər”, “ağıllı kənd” layihələri ilə paralel olaraq iqtisadiyyatın qeyri-enerji sektorunu inkişaf etdirməkdir.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu barədə çıxışlarında bildirib: “...Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Ölkə rəhbərinin bu fikirləri vətəndaşlarımızda işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işlərini daha böyük qüvvə, inamla qısa müddətdə həyata keçirməyə inam yaradır və ruhlandırır.

“İnanırıq ki, işğaldan azad edilmiş bütün torpaqlarımızda Prezidentin Qarabağa qayıdış siyasəti çərçivəsində bərpa, quruculuq işlərinin çox qısa müddətdə uğurla həyata keçirilməsinin şahidi olacağıq. Doğma Qarabağımız yenidən cənnətə, yüksək elm, mədəniyyət, turizm məkanına çevriləcək”, - deyə tarixçi-alim fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar