ELM VƏ TƏHSİL
BDU-nun professoru beynəlxalq vebinarda çıxış edib
Bakı, 16 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru, professor Mais Süleymanov Pakistan İslam Respublikasının Ghazi Universitetində keçirilən beynəlxalq vebinarda iştirak edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, “Kainatın müasir fiziki təsviri” mövzusunda təşkil edilən vebinarda kainatın fiziki təsvirinin verilməsinə yönəlmiş əsas fiziki ideyalar və nəzəriyyələr müzakirə edilib. M.Süleymanov kainatın nədən təşkil olunması və kainatı bütöv saxlayan səbəblər haqqında müasir fiziki təsvirlər barəsində çıxış edib.
Pakistanlı alim, professor Fəridə Tahir neytrinonun kainatdakı yeri haqqında ətraflı məlumat verib.
Vebinarda standart modelin kainatın fiziki təsvirini verən ən düzgün və ən sadə nəzəriyyə olduğu qeyd olunub.