SİYASƏT
BERNAMA agentliyi Azərbaycanın azad edilən ərazilərində məsələlərin həlli üçün Əlaqələndirmə Qərargahının yaradılmasından yazıb
Kuala Lumpur, 25 noyabr, AZƏRTAC
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması barədə AZƏRTAC-ın materialını yayıb.
Yazıda bildirilir ki, 30 üzvdən ibarət Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılacaq.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, 1991-1994-cü illərdə baş verən müharibə nəticəsində ərazilərimizin işğalı barədə də məlumat verilib.
Həmçinin qeyd edilib ki, sentyabrın 27-dən etibarən Ermənistan ordusunun növbəti hərbi təxribatları, dinc sakinlərə hücumu Azərbaycan Silahlı Qüvvələrinin əks-hücuma keçməsinə səbəb olub. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu bir neçə şəhəri və 300-dək yaşayış məntəqəsini işğaldan azad edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Limpur