SİYASƏT
BİZ ANARXİYANIN DEYİL, SABİTLİYİN VƏ İNKİŞAFIN TƏRƏFDARIYIQ
Çox təəssüf ki, Azərbaycan müxalifətinin radikal qanadı bu reallığı görə-görə onunla barışmaq istəmir. Biz Azərbaycan Dövlət İqtisad Universitetində çalışırıq və müxtəlif müxalifət partiyalarının üzvləriyik. Biz bu qənaətdəyik ki, müxalifətdə olmaq heç də reallığı inkar etmək, ağa qara demək deyildir. Odur ki, bir ziyalı kimi həqiqətin gözünə düz baxaraq İlham Əliyevin ölkəmizin Prezidenti seçilməsini dəstəkləyir və onu təbrik edirik.
Bir daha bəyan edirik ki, siyasi mənsubiyyətimizdən asılı olmayaraq, biz anarxiyanın, xaosun deyil, siyasi sabitliyin və iqtisadi inkişafın tərəfdarıyıq. Biz ziyalı olaraq ölkəmizdə vandalizmin kökünün kəsilməsini tələb edirik.
Azərbaycan Dövlət İqtisad Universitetinin
professoru M.Həsənli, dosentlər S.Möhbalıyev,
Ə.Kərimov, A.Məmmədov, baş müəllim
B.Qurbanov, müəllim T. Quluzadə.