DÜNYA


BMW 360 min avtomobili geri çağırır 

Pekin, 21 aprel, AZƏRTAC

Almaniyanın avtomobil istehsalçısı BMW Çin bazarında satdığı 360 min avtomobili hava təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Bildirilir ki, avqustdan etibarən BMW-nin Çindəki müştərək müəssisəsi olan "BMW Brilliance Automotive Ltd"nin 2014-2017-cı illərdə buraxdığı 271 min 880 avtomobil, habelə 2000-2018-ci illərdə xaricdə istehsal edilərək Çinə gətirilmiş 87 min 120 avtomobil geri çağırılacaq.

Administrasiyanın məlumatında deyilir ki, qüsurlu hava təhlükəsizlik yastıqları Yaponiyanın "Takata" şirkətinin istehsalıdır. Həmin hava təhlükəsizlik yastıqları qəza olmayan normal şəraitdə partlaya və üzərindəki metal hissələri bütün salona yaya bilər. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnir.

BMW yastıqları öz hesabına dəyişəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.