İDMAN


BOK Yaponiyanın pandemiya ilə bağlı şəraitdə təhlükəsiz idman tədbirləri təşkil edə biləcəyinə əmindir

Bakı, 16 noyabr, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi (BOK) dünyada koronavirus pandemiyası ilə bağlı vəziyyətin ağır olduğu indiki şəraitdə Yaponiyanın təhlükəsiz idman tədbirləri təşkil edə biləcəyinə əmindir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu BOK prezidenti Tomas Bax Yaponiyanın paytaxtında keçirdiyi mətbuat konfransında söyləyib. BOK rəhbəri gələn il keçiriləcək olimpiadanın perspektivlərindən danışarkən qeyd edib ki, Yaponiya təhlükəsiz idman tədbirlərini təşkil edə bilər. O, Yaponiyada indiki şəraitdə tamaşaçıların iştirakı ilə peşəkar liqa oyunlarının, eləcə də, Tokioda beynəlxalq gimnastika yarışlarının uğurla təşkil edildiyini bildirib.

Qeyd edək ki, BOK prezidenti Yaponiyada səfərdədir və burada artıq ölkə rəhbərliyi, Tokio rəhbərliyi və “Tokio-2020”nin Təşkilat Komitəsinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Xatırladaq ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 5-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.