SİYASƏT
BOLQARISTAN AZƏRBAYCANIN HAQLI MÖVQEYİNİ DƏSTƏKLƏYİR
Solomon Passi AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, Bakıya səfərdən məqsəd ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı azərbaycanlı həmkarlarla fikir mübadiləsi aparmaqdır. Azərbaycan Cənubi Qafqazda böyük nüfuza malikdir və biz bu ölkə ilə əlaqələrin inkişafında maraqlıyıq. Azərbaycan həm də sürətlə NATO-ya və Avropa İttifaqına inteqrasiya edir. Biz rəsmi Bakının bu siyasi kursunu dəstəkləyirik və ölkənizə hər cür kömək göstərməyə hazırıq. Onu da bilirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkənizin inkişafına ciddi maneə yaradır. Bu münaqişə təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün ciddi təhlükədir. Düşünürük ki, problemin qısa bir vaxtda həlli olduqca vacibdir. Biz münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq və Bolqarıstan həmişə olduğu kimi bu gün də Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.