SİYASƏT


BRÜSSELDƏ AVROPA BİRLİYİNİN ÜZVÜ OLAN DÖVLƏTLƏRİN XARİCİ İŞLƏR VƏ MÜDAFİƏ NAZİRLƏRİNİN MƏŞVƏRƏT TOPLANTISI

AZƏRTAC-ın xüsusi müxbiri Berlindən xəbər verir ki, mayın 17-də Avropa Birliyinə üzv olan dövlətlərin xarici işlər və müdafiə nazirləri Birliyin gələcək konstitusiya nizamnaməsinə dair məsləhətləşmələr aparmaq məqsədi ilə Brüsseldə toplaşmışlar.

İki gün davam edəcək məşvərət və məsləhətləşmələrzamanı Konstitusiya nizamnaməsinin mövcud variantı müzakirə olunacaq, mətnə düzəlişlər və əlavələr ediləcəkdir. Nizamnamənin hazır mətni bütövlükdə AB üzvü dövlət və hökumət başçılarının bu il iyulun ortalarında keçiriləcək növbəti zirvə toplantısında təsdiqə təqdim ediləcəkdir.

Xarici işlər nazirləri ilə eyni zamanda AB dövlətləri müdafiə nazirləri də Birliyin yarandığı tarixdən bəri ilk dəfə olaraq nazirlər şurası səviyyəsində məsləhətləşmələr keçirirlər. Toplantıdan məqsəd Avropa Birliyinin hərbi siyasətində birgə ortaq məxrəcə gələrək, qurumun müvafiq ümumi hərbi qüvvələr balansını yaratmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.