ELM VƏ TƏHSİL


BSU-da ali təhsilin uğuru üçün mühüm təməllərə dair təlimlərə start verilib

Bakı, 18 may, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) “Ali təhsilin uğuru üçün mühüm təməl: müasir auditoriya məşğələləri” mövzusunda təlimlərə start verilib. Təlimlər BSU-nun professor-müəllim heyəti üçün nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib.

Humanist Pedaqogika üzrə Təhsil Təşkilatlarının Beynəlxalq Assosiasiyasının prezidenti Asif Cahangirov təlimlər çərçivəsində ilk təqdimatla çıxış edib. O, bu sahədə olan nəzəriyyələr və tendensiyalar, onların praktiki yollarına toxunub, tələbə-müəllim münasibətləri, tədris-təlim prosesinin səmərəli idarə olunması, öyrədilənlərin mənimsəmə səviyyəsi barədə danışıb. İnteraktiv keçirilən təlim zamanı auditoriya tərəfindən müxtəlif tapşırıqlar yerinə yetirilib, fikir mübadiləsi aparılıb.

Təlim sual-cavab və müzakirələrlə yekunlaşıb. Universitetin rektoru Anar Nağıyev bu kimi təlimlərin vacibliyini qeyd edib və davamlı olacağını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.