İQTİSADİYYAT
BTC kəməri ilə 360 milyon tondan çox xam neft ötürülüb
Bakı, 2 iyun, Nihad Budaqov, AZƏRTAC
2006-cı ilin iyunundan bu ilin aprel ayının sonunadək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 360 milyon tondan çox, yəni təxminən 2,7 milyard barreldən çox xam neft nəql olunub.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 2-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O qeyd edib ki, həmin neft Ceyhan limanında 3550-dən çox tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Qeyd edək ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
“BTC Ko.”nun səhmdarları BP (30,10 faiz), “AzBTC” (25,00 faiz), “Chevron” (8,90 faiz), “Statoil” (8,71 faiz), TPAO (6,53 faiz), “ENI” (5,00 faiz), “Total” (5,00 faiz), “Itochu” (3,40 faiz), “Inpex” (2,50 faiz), “CIECO” (2,50 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz) şirkətləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]