CƏMİYYƏT
BU MÖVSÜM BAKI ŞƏHƏRİNDƏ 184 MİN ƏDƏD AĞAC ƏKİLMİŞDİR
Bakı şəhər ictimaiyyətinin nümayəndələri dekabrın 5-də xalqımızın ümummilli lideri möhtərəm Heydər Əliyevin təşəbbüsü ilə Səbail rayonunda salınmış “Dostluq” parkında yaşıllaşdırma işlərini davam etdirmişlər.
Şəhər icra hakimiyyətinin başçısı H.Abutalıbov AZƏRTAC-ın müxbirinə demişdir ki, ayın 5-də və 6-da “Dostluq” parkında və şəhərin digər rayonlarında 25 min müxtəlif növ ağac əkiləcəkdir. Şəhər İcra hakimiyyətinin bütün strukturlarının əməkdaşları bu işə cəlb olunmuşdur. Beləliklə, bu mövsumdə Bakı şəhərində əkilən ağacların sayı 184 min ədədə çatdırılacaqdır.
Gələn həftədən başlayaraq, şəhərin mərkəzi küçələrinin kənarlarında və avtomobil yollarının arasındakı ərazilərdə qızılgül kolları əkiləcəkdir.