CƏMİYYƏT
Baharın nəfəsi fotolarda müsabiqəsinə yekun vurulub
Bakı, 7 aprel, AZƏRTAC
Salyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Bahar nəfəsi” adlı onlayn fotomüsabiqə keçirilib.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, müsabiqənin təşkilində əsas məqsəd pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi və ətraf aləmin gənclər tərəfindən estetik cəhətdən dərk olunmasının təşviqidir.
Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmələrin yekun nəticəsinə əsasən, fotomüsabiqədə l yeri Ayşən Zərbəliyeva, ll yeri Nigar Yaqubova, lll yeri isə Aysu Əsədova qazanıblar.
Şahzadə Ələkbərova, Aysun Ələkbərova, Pərvanə Həsənova və Nəzrin Bünyatova isə fotomüsabiqənin fərqlənən iştirakçıları seçiliblər.
Qaliblər və fərqlənən iştirakçılar Salyan Rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov tərəfindən diplomlarla təltif ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]