İDMAN
“Bakı-2017”: Əlcəzairin kişi həndbolçuları yarımfinala vəsiqə qazanıblar
Bakı, 11 may, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının qrup mərhələsinin sonuncu günündə - mayın 11-də günə Azərbaycanın və Əlcəzairin kişi həndbolçuları arasında qarşılaşma ilə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “A” qrupunda yer alan komandaların yarımfinal uğrunda görüşləri maraqlı idman mübarizəsi ilə yadda qalıb. Matçın ilk hissəsini 15:11 hesabı ilə Əlcəzair millisi öz xeyrinə tamamlayıb. Görüşün ikinci hissəsində də Əlcəzair yığması üstün olub - 20:11. Beləliklə, ümumi nəticədə 35:22 hesabı ilə qalib gələn Əlcəzair kollektivi yarımfinala sonuncu vəsiqənin sahibi olub.
Matçın ikinci hissəsinin 13-cü dəqiqəsində komandamızın qapıçısı Elnur Cahangirov qayda pozuntusuna görə oyundan kənarlaşdırılıb.
Qarşılaşmanı fransalı hakimlər briqadası idarə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]