İDMAN
“Bakı-2017”: Azərbaycanın qadın tennisçiləri Pakistan komandasını məğlub ediblər
Bakı, 15 may, Elvin Camalov, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın tennisçiləri Pakistan yığmasını məğlub ediblər.
AZƏRTAC xəbər verir ki, fərdi görüşlərdə ilk oyun təmsilçimiz Züleyxa Səfərova və Sara Mahbub Xan arasında olub. Millimizin üzvü oyunun əvvəlində böyük üstünlüyə malik olsa da, görüşü məğlubiyyətlə başa vurub. İkinci fərdi görüşdə isə tennisçimiz Umayra Həşimova rəqibi Uşna Suhail ilə qarşılaşmadan qalib ayrılıb.
Oyunun taleyi cütlüklərin mübarizəsində məlum olub. U.Həşimova-Z.Səfərova dueti Pakistan təmsilçiləri S.Mansur-U.Suhail üzərində inamlı qələbə qazanıb.
Beləliklə, Azərbaycan komandası rəqibini 2:1 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]