“Bakı Ağ şəhər” paytaxtın ekoloji cəhətdən təmiz yaşayış məskəni olacaqdır
AzerTAg.az
Bakı, 11 dekabr (AZƏRTAC). “Bakı Ağ şəhər” layihəsi “Böyük Bakının regional inkişaf planı”nda da öz əksini tapmışdır.
Bu barədə AZƏRTAC-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev məlumat vermişdir.
C.Qocayev demişdir ki, “Böyük Bakının regional inkişaf planı” çərçivəsində şəhərin mərkəzi hissəsi ilə yanaşı, “Ağ şəhər” adlanan ərazinin də müfəssəl planlaşdırma layihəsi vardır. “Ağ şəhər” həm də regional inkişaf planında ekoloji cəhətdən təmiz yaşayış məskəni kimi nəzərə alınmışdır.
Şöbə müdiri “Ağ şəhər” layihəsinin həyata keçiriləcəyi ərazidə mövcud müəssisələrin aqibətinə də toxunmuşdur. Qeyd etmişdir ki, ərazinin iri sənaye müəssisələrindən təmizlənməsi və Qaradağ rayonunun ərazisinə köçürülməsi ilə bir sıra mühüm problemlər öz həllini tapacaqdır. Əsası odur ki, bu cür müəssisələrin şəhər mərkəzindən kənara çıxarılması nəticəsində paytaxtın ekoloji durumu xeyli yaxşılaşacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var