ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbində “PMI Azərbaycan Sammiti 2019” keçiriləcək

Bakı, 13 fevral, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Layihə İdarəetmə İnstitutunun (Project Management Institution - PMI) dəstəyi ilə “PMI Azərbaycan Sammiti” keçiriləcək.

BANM-dən AZƏRTAC-a bildirilib ki, sammit PMI Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq.

Sammitdə PMI Azərbaycanın fəaliyyət istiqamətləri, layihələri, dövlət və özəl sektorda layihə idarəetməsində müasir metodların tətbiqi və perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan rəsmi olaraq 2018-ci ildə Berlində PMI ilə imzalanmış müqaviləyə əsasən “PMI Azerbaijan Potential Chapter” statusunu qazanıb. Layihə İdarəetmə İnstitutu 1969-cu ildə təsis edilib. PMI artıq bir neçə onilliklər ərzində müxtəlif ölkələrdə layihə menecmentinin təbliği, genişləndirilməsi və inkişafı istiqamətində fəaliyyət göstərir. PMI layihə menecmenti standartlarını işləyib hazırlayır və dünyada yerli bölmələrdə təlimlərin təşkili yolu ilə mütəxəssislərin ixtisasını artırır.

Hazırda PMI-nin 200-dən çox ölkədə 700 minə yaxın üzvü var. Azərbaycanda 100-ə yaxın sertifikatlaşdırılmış peşəkar var. Onlar Layihə İdarəetmə İnstitutunun Azərbaycan bölməsinin potensial üzvləridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.