Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Azərbaycan Respublikası Energetika Nazirliyi ilə Beynəlxalq Enerji Xartiyasının birgə təşkilatçılığı və Azərbaycanın sədrliyi ilə videokonfrans formatında Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Enerji istehsalı, nəqliyyat, istilik və soyutma sahələrində bərpaolunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyillər” mövzusuna həsr edilən forumda Energetika naziri Pərviz Şahbazov, Enerji Xartiyasının baş katibi Urban Rusnak və Avropa Komissiyası Enerji Baş Direktorluğunun enerji siyasəti üzrə direktoru xanım Kristina Lobilla Borrero açılış nitqi ilə çıxış ediblər.

Energetika naziri, Enerji Xartiyası Konfransının sədri Pərviz Şahbazov Azərbaycanın aparıcı enerji mərkəzlərindən biri kimi həyata keçirdiyi enerji layihələri, ölkəmizin dünya enerji arxitekturasındakı mühüm rolu barədə danışıb. Bildirilib ki, bu il Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik etməsi ölkəmizin son illərdəki təşəbbüs və nailiyyətlərinin məntiqi nəticəsidir ki, bu təşəbbüs və nailiyyətlərin əhəmiyyətli bir hissəsi enerji sektoru ilə əlaqədardır. Belə ki, Azərbaycan hasil edilən karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqlinə dair transmilli layihələri ilə bu gün Avropanın enerji təhlükəsizliyinə və enerji mənbələrinin şaxələndirilməsinə öz töhfəsini verən ölkəyə çevrilib. Növbəti mərhələ kimi “Cənub Qaz Dəhlizi” meqalayihəsi üzərində işlər başa çatdırılıb və bu ilin sonundan etibarən Azərbaycan qazı Avropa istehlakçılarına çatdırılacaq.

Qeyd olunub ki, Azərbaycanın 2020-ci il üçün Enerji Xartiyası Konfransına sədrliyi dövründə nəqliyyat sahəsində, istilik və elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının artırılaraq enerji keçidinin sürətləndirilməsi prioritet elan edilib.

Nazir Azərbaycanın Enerji Xartiyası Konfransına sədrlik etdiyi dövrdə görülmüş işlər barədə məlumat verib, üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Enerji Xartiyası müqaviləsinin modernizasiyası, Enerji İnvestisiya Risk Qiymətləndirməsi, Bakıda keçirilməsi planlaşdırılan növbəti nazirlər konfransına hazırlıq və digər istiqamətlər üzrə görülən işləri diqqətə çatdırıb.

Həmçinin forum iştirakçılarına ölkədə energetika sahəsində həyata keçirilən islahatlar, o cümlədən qanunvericilik aktları layihələrinin hazırlanması, institusional dəyişikliklər, icra olunan layihələr barədə məlumat verilib.

Xartiyanın Katibliyinə enerji keçidi məsələlərinə xüsusi diqqət yetirdiyinə görə təşəkkür edən nazir əməkdaşlığın enerji transformasiyası ilə bağlı məsələlərin həllində mühüm rol oynayacağını bildirib.

P.Şahbazov çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də diqqət çəkib. Bu ilin sentyabr ayının 27-dən başlayaraq Azərbaycanın mülki yaşayış məntəqələrinin, sosial-mədəni və strateji obyektlərinin, həmçinin enerji infrastrukturunun Ermənistan silahlı qüvvələri tərəfindən intensiv atəşə tutulması barədə məlumat verib. Döyüş əməliyyatlarından uzaq olan şəhər və kəndlərin atəşə tutulması ilə yanaşı, Azərbaycanın enerji infrastrukturunun da hədəfə alındığını və regionun ən iri elektrik stansiyası olan Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ballistik raketlərdən atəşə tutulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Ermənistanın enerji infrastrukturlarını hədəfə alması ilk dəfə deyil və 2020-ci ilin iyul ayında onlar Qarabağ regionundan uzaqda, Ermənistan və Azərbaycan dövlət sərhədində yerləşən və ərazisindən “Cənub Qaz Dəhlizi” keçən Tovuz rayonuna hücum edilib, Avropanın enerji təhlükəsizliyi üçün bu mühüm kəmərə təhlükə yaradıb. Sonda tərəfdaş ölkələrə Ermənistanın təcavüzünü, xüsusilə də onun strateji beynəlxalq enerji layihələrini hədəf seçməsini pisləmək və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən cinayətkar hərbi hücumlara son qoymaqla bağlı müraciət olunub.

Enerji Xartiyasının baş katibi Urban Rusnak Energetika Nazirliyinə Bakı Beynəlxalq Enerji Xartiyası Forumunun təşkilinə görə təşəkkür edib. Baş katib bu forumun Azərbaycan hökumətinin ev sahibliyi etdiyi ikinci Beynəlxalq Enerji Xartiyası Forumu olduğunu xatırladaraq, il ərzində Enerji Xartiyası prosesinə daimi dəstəyinə və rəhbərlik etdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Qeyd edib ki, pandemiyaya və onunla bağlı məhdudiyyətlərə baxmayaraq, Enerji Xartiyası müqaviləsinin müasirləşdirilməsi və icmalın nəticələrinin icra edilməsi üzrə mühüm irəliləyişə nail olunub.

U.Rusnak, həmçinin ötən 10 il ərzində bərpaolunan enerji texnologiyalarının qlobal enerji balansındakı mühüm rolundan bəhs edib.

Daha sonra Avropa Komissiyası Enerji Baş Direktorluğunda enerji siyasəti üzrə direktor Kristina Lobilla Borrero çıxış edərək forumun təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib və Avropa İttifaqının bu sahədəki siyasəti barədə ətraflı məlumat verib.

Forum bərpaolunan enerji mənbələrinə dəstək - hüquqi, texniki və maliyyə aspektləri, enerji səmərəliliyinin təşviqi, bu istiqamətdə ən yaxşı təcrübələrin və biliklərin mübadiləsi mövzuları üzrə iki sessiyada işini davam etdirəcək. Foruma 40 ölkənin dövlət rəsmiləri, beynəlxalq təşkilatların, enerji şirkətlərinin, araşdırma mərkəzlərinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri olmaqla ümumilikdə 190-a yaxın iştirakçı qatılıb.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 20 ildən çoxdur ki, əməkdaşlıq edir. Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik etməsi barədə qərar 2018-ci ildə qəbul olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var