İQTİSADİYYAT
Bakı Dairəvi-1 avtomobil yolunun 2 istiqaməti üzrə rənglənmə işləri aparılır
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də Bakı Dairəvi-1 avtomobil yolunun Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Lökbatan dairəsinədək olan hissəsində axşam saatlarınadək, axşam saat 22:00-dan səhər saatlarınadək isə Ziya Bünyadov prospektinin Çermet körpüsünün 20 Yanvar dairəsinədək olan hissəsində piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC–nin mətbuat xidmətindən bildirilib.
Məlumatda həmçinin qeyd olunub ki, rənglənmə işləri zamanı avtonəqliyyat vasitələrinin hərəkəti yolun həmin hissələrində qismən məhdudlaşdırılacaq. Digər zolaqlar üzrə isə hərəkət açıq olacaq.
"Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]