CƏMİYYƏT
Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələrinə əsasən təqsirli bilinərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Abdullayev Ramil Çingiz oğluna atası Ağdaş şəhər sakini Abdullayev Çingiz Səlim oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı sovqatdakı cins şalvara xüsusi üsulla hopdurulmuş 0,128 qram heroin aşkarlanıb.
Faktla bağlı təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]