İDMAN


“Bakı Marafonu 2022”nin fiziki məhdudiyyətli iştirakçısı: Bu yarış bizim həyatımız üçün motivasiyadır

Bakı, 15 may, AZƏRTAC

“Bakı Marafonu-2022”da ilk dəfə iştirak etdim. Yarışda dördüncü yeri tutdum. Bu yarış bizim həyatımız üçün motivasiyadır. Çünki fiziki məhdudiyyətli insanlar çox vaxt evdə olur və çölə çıxa bilmirlər. Belə tədbirlərə qoşulduqda insanda həvəs və həyat eşqi yaranır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı Marafonu-2022”nin fiziki məhdudiyyətlı iştirakçısı Ramal Əliyev söyləyib.

O, keçirilən marafonun əvvəlki illərdəki kimi çox yaxşı təşkil olunduğunu bildirərək deyib: “Belə idman tədbirləri nə qədər çox və mütəmadi olsa yaxşı olar. Bu yarış məndə çox gözəl təəssüratlar yaratdı. Belə yarışlar gələcəkdə Şuşada, Qarabağda təşkil olunarsa məmnuniyyətlə iştirak edərəm. Çünki belə yarışlar bizim kimi fiziki məhdudiyyətli insanları yaşamağa səsləyir, özümüzə inam yaradır”.

Qeyd edək ki, “Bakı Marafonu-2022”də daun sindromlu və fiziki məhdudiyyətli şəxslər də iştirak ediblər.

Yarış zamanı ilk start daun sindromlu şəxslər, daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.