İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi “Sahil” metrosunun bağlanması ilə bağlı daşıyıcılara xəbərdarlıq edib

Bakı, 18 avqust, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi “Sahil” metrosunun bağlanması ilə bağlı daşıyıcılara xəbərdarlıq məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. O bildirib ki, “Sahil” metrosunda aparılacaq təmir işləri zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin həmin istiqamətdə rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 5,18, 88 və 125 nömrəli müntəzəm marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq məktubu göndərib. Daşıyıcılara təmir işləri başa çatanadək avtobuslararası intervala maksimum dərəcədə əməl etmək tapşırılıb.

M.Ağayevin sözlərinə görə, həmçinin sərnişin axınına uyğun olaraq zərurət olacağı halda interval azaldılması, eyni zamanda, ehtiyac yaranarsa, sözügedən marşrut xətləri üzrə avtobusların sayının artırılması da daşıyıcılara tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.