İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edib

Bakı, 1 iyun, AZƏRTAC

Dövlətin həyata keçirdiyi profilaktik və sanitar maarifləndirmə tədbirlərinə baxmayaraq, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda infeksiyanın yayılmasına şərait yaradan hallara yol verildiyi müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, dayanacaqlarda, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində gözləyərkən və avtobuslarda səyahət edərkən tibbi maskadan istifadə olunmur. Bu kimi sosial məsuliyyətdən kənar davranışlar sərnişindaşımaların təşkili baxımından olduqca təhlükəlidir. Mövcud vəziyyət sürücülər və dispetçerlər arasında yoluxma riskini ciddi şəkildə artırır ki, bu da nəticə etibarı ilə marşrut xətlərinin fəaliyyətinin dayanmasını qaçılmaz edir.

Agentlik bu cür xoşagəlməz halların yolverilməzliyini qeyd edərək bir daha sərnişinləri anlayışlı və sosial məsuliyyətli olmağa dəvət edir. Bildirir ki, ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə birmənalı riayət olunmalıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən də ictimai nəqliyyatda maskadan istifadə məcburidir. Qoruyucu maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatda hərəkəti məhdudlaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.