Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakı Şəhər İcra Hakimiyyəti: Vətəndaşların təhlükəsizliyinin təminatı hər şeydən önəmlidir

Bakı, 6 avqust, AZƏRTAC

Bakı şəhərinin mərkəzində yerləşən yaşayış binası hər an uça bilər, lakin bəzi sakinlər binanı tərk etməkdən imtina edirlər. Söhbət Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən üçmərtəbəli 43 mənzilli binadan gedir. 1889-cu ildə tikilmiş bina istismar müddəti bitdiyi və uzun müddət əsaslı təmir olunmadığından kəskin qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda deyilir: “Bina hələ 1989-cu ildə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə qəzalı hesab edilərək sökülməli idi. Həmin il sakinlərin oradan köçürülməsinə başlanılıb, 23 ailə binadan köçürülüb, sonradan isə işlər yarımçıq qaldığından buradakı boşalmış mənzillər Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar öz doğma yurdlarını tərk etmiş məcburi köçkünlər tərəfindən zəbt edilib. O zaman ölkədəki mürəkkəb sosial-iqtisadi vəziyyətlə bağlı sakinlərin köçürülməsi və binanın sökülməsi işləri təxirə salınıb.

Ötən 30 il ərzində binada vəziyyət daha da ağırlaşıb, bina yaşayış üçün tam yararsız vəziyyətə düşüb və burada hər an uçma təhlükəsi yaranıb. Bu da sakinlərin həyatı və onların əmlakı üçün ciddi təhlükə yaradır.

Hələ 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləyib, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunub.

Dövlət tərəfindən ayrılmış vəsaitə uyğun bu binada sakinlərin köçürülməsi işlərinə başlanıb və praktiki olaraq buna nail olunub. 43 ailədən 25-i dövlət tərəfindən ayrılan maddi yardımları alaraq binadan köçüblər. Sakinlərin bir hissəsi isə dövlət qurumları qarşısında qeyri-real tələblər irəli sürərək mənzillərini tərk etməkdən imtina edib, bundan başqa digərlərini də qanunsuzluqlara təhrik edərək bəzi KİV-də hüquqlarının pozulması ilə bağlı kompaniya təşkil etməyə cəhdlər də ediblər.

Ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da narazı sakinlərlə görüşüb. Görüş elə qəzalı binada keçirilib.

Görüşdə Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulayıb, sakinləri özlərinin və yaxınlarının həyatını təhlükəli vəziyyətdən uzaqlaşdırmağa inandırmağa çalışıb. Həmçinin bu zaman bildirilib ki, buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya yox, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ müvafiq qanunvericiliyə uyğun olaraq şəhər üzrə maksimum həddə müəyyən edilib.

Sakinlərin böyük əksəriyyəti vəziyyəti dərk edərək özlərinin və yaxınlarının həyatı ilə risk etməkdən imtina edib və maddi yardımlarını alıb binanı tərk ediblər.

Sakinlərlə aparılan söhbətlərdən sonra daha 4 ailə qəzalı binanı tərk edib. Hazırda binada yalnız 12 ailə qalıb ki, onlar özlərinə qarşı xüsusi yanaşma tələb edərək qeyri-real şərtlər irəli sürürlər. Belə ki, bu ailələrdən 6-sı 90-cı illərdə binadakı boşalmış mənzilləri zəbt etmiş məcburi köçkün ailələridir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən binada məskunlaşmış digər məcburi köçkünlərlə bərabər, bu ailələrə də Qobupark yaşayış kompleksində yeni təmirli mənzillər təklif edilib. Hətta bu ailələrin bəzilərinə ailə tərkibinə uyğun olaraq 2 mənzil təklif olunmuşdur. Lakin bu vətəndaşlar onlara təklif edilən mənzillərdən əlavə zəbt etdikləri mənzillərdən çıxmaq üçün maddi kompensasiya da tələb edirlər.

Daha 7 ailə isə sahəsi 12-15 kvadratmetr olan kiçik otaqlarda çox çətin şəraitdə yaşamaqda davam edirlər. Onlara müvafiq qanunvericiliyə uyğun olaraq maksimum həddə maddi yardım təklif edilib. Lakin buna baxmayaraq, həmin sakinlər qəzalı binadan köçmək istəmirlər.

Paytaxt Bakı şəhərində sakinlərin evlərindən köçürülməsi problemləri yeni deyildir. Dövlət obyektləri və ya yeni bina tikintisi zamanı əksər hallarda sakinlərin böyük hissəsi onlara təklif edilən kompensasiyalarla razılaşırlar. Yalnız bir neçə ailə olur ki, dövlət qurumlarından və ya tikinti şirkətlərindən özləri üçün daha çox, maksimum miqdarda vəsait əldə etmək üçün evlərini tərk etməkdən imtina edirlər. Onlar müxtəlif instansiyalara şikayətlər göndərir, hüquqlarının pozulmasını bildirərək bəzi KİV-lərə müraciətlər edirlər.

Yasamal rayonu M.A.Əliyev küçəsi 150 ünvanındakı binadakı vəziyyəti adi problemlər sırasına aid etmək olardı. Çox hallarda sakinlər inadkarlıq edir, sonradan isə vəziyyəti dərk edərək qəzalı binanı tərk edirlər. Buradakı vəziyyətin digərlərindən fərqi isə kəskin qəzalı olan binadan vətəndaşların təcili olaraq təxliyə olunmasının vacibliyidir.

Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi görüş zamanı hər bir sakini təmkinlə dinləyib, onların şikayət və istəklərinə qulaq asıb. Lakin bir vaxt səbr kasası daşa bilər. Əgər insanlar özləri və yaxınlarının həyatının təhlükədə olduğunu başa düşmək istəmir, buna bilərəkdən yol verirlərsə, bu zaman qanunamüvafiq qaydada məcburi şəkildə köçürülmə tədbirlərinin görülməsi tətbiq edilə bilər. Binanın hər an uça biləcəyini yaddan çıxarmaq olmaz. Bu zaman vətəndaşların həyatının təhlükəsizliyindən vacib heç bir şey ola bilməz”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək