İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə növbəti iclas Türkiyədə keçiriləcəkdir
Bakı, 14 fevral (AZƏRTAC). Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan sahəsinin tikintisi üzrə Əlaqələndirmə Şurası üçün gündəlikdəki bütün məsələlərə dair tam qarşılıqlı anlaşma əldə etmişlər.
AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstanda səfərdə olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Tbilisidə jurnalistlərə bildirmişdir.
O qeyd etmişdir ki, hazırda gündəlikdə olan əsas məsələ dəmir yolunun Gürcüstan sahəsinin büdcəsinin təsdiq edilməsidir. Bu isə cari ildə 175 milyon dollar təşkil edəcəkdir. Hava şəraiti yaxşılaşdıqca iş sürəti artacaq və ilin sonuna bu xətt üzrə qatarlar hərəkət edəcəkdir. Artıq vəd almışıq və hesab edirik ki, bu vəd yerinə yetiriləcəkdir.
Həmçinin nazir Əlaqələndirmə Şurasının üçtərəfli görüşünün fevralın 22-də İstanbulda keçiriləcəyini də diqqətə çatdırmışdır.