CƏMİYYƏT


Bakı sakinindən qanunsuz saxlanılan silah-sursat götürülüb

Bakı, 26 iyun, AZƏRTAC

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini S.Musayevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron aşkar edilərək götürülüb.

Aparılan profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakinləri olan iki qardaş “İJ-27” və “İJ-12” markalı tüfəngləri könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.