İDMAN


Bakıda Azərbaycan-Belarus oyununu Əliyar Ağayev idarə edəcək

Bakıda Azərbaycan-Belarus oyununu Əliyar Ağayev idarə edəcək

Bakı, 26 mart, AZƏRTAC

Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Bakıda keçiriləcək yoldaşlıq görüşünü yerli hakimlər briqadası idarə edəcək.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma FIFA referisi Əliyar Ağayevə tapşırılıb. Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Nicat İsmayıllı isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, martın 29-da “Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.