SİYASƏT


Bakıda Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Forumun keçirilməsində əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasının təmin edilməsidir.

Forum zamanı aparılan müzakirə və təkliflərin təhlili növbəti addımlar üçün istiqamətlərin təyin edilməsinə imkan verəcək. Forum, eyni zamanda, beyin mərkəzlərinin cəmiyyətdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Forumun işində xarici və yerli beyin mərkəzləri ilə bərabər müxtəlif dövlət qurumlarının nümayəndələri də iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.