İQTİSADİYYAT


Bakıda Azərbaycan, İran, Rusiya və Türkiyənin İKT nazirlərinin dördtərəfli görüşü keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

"Bakutel-2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisi çərçivəsində Azərbaycan, İran, Rusiya və Türkiyə arasında İKT sahəsində regional əməkdaşlıq barədə dördtərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskov, Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, İranın informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi iştirak edib.

Görüşdə startap ekosistemlərinin inkişafı, peyk, poçt xidmətləri, kibertəhlükəsizlik, beynəlxalq fiber-optik şəbəkələrin inkişafı sahəsində əməkdaşlıq, texnologiya parklarının layihələndirilməsi, eləcə də idarə olunması ilə bağlı məlumat və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Nazirlər kommersiya məqsədli peyk xidmətləri, birgə kibertəlimlərin təşkili, poçt xidmətləri sahəsində daşıma və tranzit imkanlarından istifadə, milli kibertəhlükəsizlik qurumlarının koordinasiyalı fəaliyyətinə dair də fikir mübadiləsi aparıblar.

Sonda qeyd olunan sahələrdə səmərəli əməkdaşlıq, birgə təlim, tədqiqat işləri, bilik və təcrübə mübadiləsi aparılması, eyni zamanda, dördtərəfli konsorsiumun yaradılması qərara alınıb. İran tərəfinin təklifi ilə növbəti eyni tərkibli görüşün İranda keçirilməsi razılaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.