Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu keçirilir VİDEO

Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 2-də Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Forumun plenar iclası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun moderatorluğu ilə keçmişdir.

Elnur Aslanov bildirmişdir ki, dünyanın 21 ölkəsinin dövlət qurumlarından, beyin mərkəzlərindən, elmi-tədqiqat institutlarından, universitetlərindən 70-dən artıq nümayəndənin iştirak etdiyi Forum alimlərin, rəsmi şəxslərin, beynəlxalq ekspertlərin səmərəli fikir mübadiləsi baxımından əhəmiyyətlidir.

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Forumda məruzə ilə çıxış etmişdir.

Novruz Məmmədov müstəqilliyini bərpa etdiyi vaxtdan ötən 22 il ərzində Azərbaycanda bütün sahələrdə əldə edilmiş nailiyyətlərdən, dinamik iqtisadi inkişafdan, xüsusilə də ölkəmizin xarici siyasətdəki uğurlarından, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışmışdır.

Prezident Administrasiyası rəhbərinin müavini bildirmişdir ki, XXI əsrdə dünyada bir çox problemlərin yaşandığı dövrdə həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan mürəkkəb geosiyasi regionda öz inkişafını, sabitliyini, təhlükəsizliyini təmin edə bilmişdir. Məlumdur ki, hazırkı dövrdə bütün bunlara nail olmaq çox çətin məsələdir. Respublikada ölkənin maraqlarına cavab verən zəruri addımlar atılmış, vətəndaşlarla qarşılıqlı anlaşma yaradılaraq bütün sahələrdə uğurlar qazanılmış və Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Bu gün Azərbaycan vaxtilə yardıma ehtiyacı olan bir ölkədən donor dövlətə çevrilmişdir. Azərbaycan hazırda başqa dövlətlərə investisiya yatırır, humanitar yardımlar göstərir.

Novruz Məmmədov diqqətə çatdırmışdır ki, Azərbaycan dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş 50 ölkəsi sırasındadır. Son 10 ildə ölkədə ümumi daxili məhsul 3,4 dəfə artmış, bir milyon 200 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 46,7 faizdən 6 faizə enmişdir. Bütün bunlar ölkədə əhalinin rifahının yüksəlməsindən, iqtisadiyyatın dinamik inkişafından xəbər verir.

Prezident Administrasiyası rəhbərinin müavini diqqəti Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlara yönəldərək qeyd etmişdir ki, enerji təhlükəsizliyi son illərdə dünyanın ən mühüm məsələlərindən birinə çevrilmişdir. Bu istiqamətdə gedən proseslər bəzən dünyada cərəyan edən siyasi prosesləri müəyyənləşdirir. Azərbaycan enerji layihələrini tərəfdaşları ilə birlikdə həyata keçirilir. Lakin məlumdur ki, Azərbaycanın təşəbbüsü və iştirakı olmadan bu layihələrin heç birini reallaşdırmaq mümkün deyildi. Enerji sahəsində Azərbaycan postsovet məkanında Qərb ilə əməkdaşlıq edən ən mühüm dövlətdir.

Azərbaycanın uğurlu xarici siyasətindən danışan Novruz Məmmədov bildirmişdir ki, bu sahədə əsas prinsiplər qonşularla mehriban münasibətləri və bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Bildirilmişdir ki, bu gün Azərbaycanın 57 ölkədə səfirliyi, 10 baş konsulluğu, 20 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq və regional təşkilatlarla uğurla əməkdaşlıq edir. Azərbaycanın xarici siyasətində ən böyük nailiyyət isə ölkənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Prezident Administrasiyası rəhbərinin müavini təəssüflə qeyd etmişdir ki, problemin həlli ilə bağlı ATƏT-in Minsk qrupu 20 ildən artıqdır ki, heç bir irəliləyişə nail ola bilməmişdir. Bu isə Azərbaycanın qarşısında cavab axtarılması tələb olunan suallar doğurur. N.Məmmədov demişdir: “Beynəlxalq aləmdə gedən proseslərə nəzər saldıqda görürsən ki, son 5-6 ildə dünya ictimaiyyətinin ən çox bəhs etdiyi məsələ qlobal iqtisadi böhrandır. Lakin bu gün dünyada daha bir böhran hökm sürür - beynəlxalq hüquq böhranı. Məhz bu böhran digər böhranların da baş verməsinə gətirib çıxarır. Təəssüf ki, beynəlxalq hüquqda ədalət prinsipi pozulur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik tərəfindən ədalətli mövqe nümayişini görə bilmirik. Azərbaycanın Avropa İttifaqı, ATƏT, NATO kimi qurumlarla yüksək səviyyəli əməkdaşlığına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş qətnamələrdən irəli gələn tələblər yerinə yetirilmir. Bu da beynəlxalq hüquq böhranın göstəricisidir. Beynəlxalq hüquq böhranı isə ciddi narazılığa gətirib çıxaran ən böyük böhrandır”.

Prezident Administrasiyanın rəsmisi vurğulamışdır ki, cəmiyyət inkişaf etdikcə ölkələr daha sivil olmalıdır, onların arasında bir-birinin münasibətlərini tənzimləməsi mexanizmi daha uğurla işləməlidir, lakin təəssüf ki, bu gün bunu görmək mümkün deyildir.

ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridman dünyada gedən siyasi proseslərdən, Azərbaycanın region, bütövlükdə Avropa üçün əhəmiyyətindən, ABŞ ilə əlaqələrinin inkişafından, xüsusilə də ölkəmizin uğurlu enerji siyasətindən bəhs etmişdir.

Corc Fridman bildirmişdir ki, Avropa ilə Asiyanın qovuşuğunda önəmli geostrateji mövqeyə malik olan Azərbaycan uğurlu balanslaşdırılmış xarici siyasət yürüdür. Qeyd edilmişdir ki, Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev o vaxt bir çox ölkə rəhbərlərindən fərqli olaraq dünyanın dəyişdiyini yaxşı başa düşürdü və siyasətini də məhz buna görə qururdu. Təqdirəlayiq haldır ki, bu gün həmin siyasət uğurla davam etdirilir.

Amerikalı alim diqqətə çatdırmışdır ki, iqtisadiyyatının modernləşdirilməsinə və şaxələndirilməsinə xüsusi önəm verən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. O, həmçinin vurğulamışdır ki, Azərbaycan artıq Avropanın bir hissəsinə çevrilmişdir və təkcə bu qitə üçün deyil, bütün dünya üçün xüsusi önəmə malik bir dövlətdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov öz çıxışında Azərbaycanın tolerantlıq modeli, ölkəmizdə multikulturalizmə verilən önəm haqqında danışaraq bildirmişdir ki, bu tolerantlıq ənənələri beynəlxalq münasibətlər sistemində mühüm yer tutur.

Komitə sədri dini tolerantlığın tarixi kökləri və dövlət-din münasibətləri barədə Forum iştirakçılarına məlumat verərək demişdir ki, Azərbaycanın dünyaya örnək ola biləcək nadir tolerantlıq modelinin əsasında xalqın zəngin mədəniyyətə əsaslanan milli xüsusiyyətləri ilə yanaşı, dövlətin qarşılıqlı hörməti və anlaşmanı təşviq edən siyasəti dayanır. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh və əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir.

E.İskəndərov bildirmişdir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, BMT və UNESCO-nun birgə imzaladığı memorandum əsasında Azərbaycanda Milli Tolerantlıq Mərkəzi yaradılmışdır. Bu mərkəzin fəaliyyəti Azərbaycanın tolerantlıq, multikulturalizm ənənələrini tədqiqinə, bu işə xarici mütəxəssislərin cəlb olunmasına şərait yaratmağa yönəlmişdir.

Komitə sədri, həmçinin Azərbaycanın tolerantlıq modelinin bütün dünyada daha geniş təbliğinin zəruriliyini vurğulamış və diqqətə çatdırmışdır ki, yaxın vaxtlarda həm BMT-nin, həm də UNESCO-nun baş qərargahlarında, eyni zamanda Avropa Parlamentində “Azərbaycan tolerantlıq məkanı” mövzusunda fotosərgi və konfransların keçirilməsi planlaşdırılır.

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Postsovet Məkanı Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski öz məruzəsində diqqəti Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və əsas aktorlardan biri kimi qəbul edilməsinə yönəltmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, səriştəli xarici siyasət nəticəsində Azərbaycan son 10 ildə qlobal proseslərin fəal iştirakçısına çevrilmişdir. S.Çernyavski ölkəmizdə iqtisadiyyatın və nəqliyyat infrastrukturunun əhəmiyyətli dərəcədə inkişaf etdiyini xüsusilə vurğulamışdır. O, həmçinin Azərbaycanda ekoloji məsələlərin həllinə xüsusi diqqət yetirilməsinin, neftlə çirklənmiş ərazilərin təmizlənməsinə dair dövlət proqramlarının həyata keçirilməsinin, yaşıllaşdırma və abadlıqla bağlı böyük işlərin görülməsinin təqdirəlayiq olduğunu söyləmişdir. Rusiyalı alim Azərbaycanda gənclərin inkişafı, məşğulluq probleminin həlli istiqamətində görülmüş işləri yüksək qiymətləndirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinə toxunan S.Çernyavski problemin sülh yolu ilə həlli istiqamətində heç bir nəticə əldə olunmamasından təəssüfləndiyini bildirərək qeyd etmişdir ki, bu gün Azərbaycan dövləti münaqişə nəticəsində məcburi köçkünə çevrilmiş bir milyondan artıq insana külli miqdarda vəsait sərf edir. Torpaqların uzun müddətdən bəri işğal altında qalması isə xalqın yaddaşında sağalmayan yaraya çevrilmişdir.

Sonra suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr aparılmışdır.

 

Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” mövzusunda II Forumu keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər