Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın I Avrasiya konfransı keçirilir[YENİLƏNİB] VİDEO

AZƏRTAC-ın da media sponsoru olduğu və 24 ölkədən ümumilikdə 56 spikerin qatıldığı konfrans avqustun 31-dək davam edəcək

Bakı, 29 avqust, Nihad Budaqov, AZƏRTAC

Avqustun 29-da Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Gürkan Kumbaroğlu I Avrasiya konfransının keçirilməsində məqsədin dünyanın enerji nəhənglərini Bakıda bir araya gətirmək və IAEE-də Xəzər dənizi regionuna istiqamətlənən fəaliyyətləri inkişaf etdirmək olduğunu deyib. Bildirib ki, konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək və bu mövzu ətrafında müzakirələr aparılacaq.

“Son 10 ildə yüksək enerji qiymətləri nəticəsində Xəzər regionunun neft-qaz hasil edən ölkələri sürətli iqtisadi inkişaf təcrübəsinə malik olsalar da, hazırkı aşağı neft qiymətləri onlara təsirsiz ötüşməyib”, - deyə G.Kumbaroğlu qeyd edib.

Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov isə ölkəmizin neft hasilatı tarixindən danışıb. Bildirib ki, Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə məhz Azərbaycanda hasil edilib. XX əsrdə isə dünyada ilk dəfə olaraq dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil olunub. Azərbaycan neft sənayesi özünün 170 illik tarixi ərzində böyük inkişaf yolu keçib. Lakin Azərbaycan xalqı yalnız XX əsrin sonralarında müstəqilliyini bərpa edəndən sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb.

Nazir müavini dünyanın bir çox ölkələrinin iri neft şirkəti ilə imzalanan “Əsrin müqaviləsi”nin, nəhəng “Çıraq-1” platformasının, sualtı neft və qaz kəmərlərinin, Səngəçal terminalının, Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi ixrac neft-qaz kəmərlərinin inşasının, “Dədə Qorqud”, “İstiqlal” və “Qurtuluş” qazma qurğularının tikilib istifadəyə verilməsinin, “İsrafil Hüseynov” və “Süleyman Vəzirov” borudüzən gəmilərinin yenidən qurulmasının Azərbaycanın enerji sektorunun inkişafındakı əhəmiyyətini qeyd edib.

“Azərbaycanın sübut olunan təbii qaz ehtiyatı 2,6 milyard kubmetr, neft ehtiyatı isə 2 milyard ton təşkil edir ki, bu da ölkəmizi dünyanın ən iri neft regionları sırasına çıxarır. Hazırda Azərbaycanda gündəlik 82-88 milyon kubmetr qaz və 115-120 min ton neft hasil olunur. Bu da dənizdə və quruda istismar edilən yataqlardan, eləcə də xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Ümid” və digər yataqlardan alınır”, - deyə N.Abbasov bildirib.

N.Abbasov deyib ki, dünya bazarlarında neftin qiymətinin ucuzlaşmasının yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan bütün ölkələrlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır və “Cənub Qaz Dəhlizi” kimi nəhəng transmilli layihələrin icrasını davam etdirir. Avropa ilə Asiyanın kəsişməsində xüsusi coğrafi mövqe üstünlüklərinə malik Azərbaycan enerji resurslarının nəqli üçün tranzit imkanlarında müstəsna əhəmiyyətə malikdir. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihə olmaqla ilkin gücünün artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz boru kəmərlərinin (TAP) həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir. “Cənub Qaz Dəhlizi” Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir və bu layihə enerji təhlükəsizliyi layihəsi olmaqla, uzun illər ərzində hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Enerji təhlükəsizliyi indi ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementlərindən biridir. “Cənub Qaz Dəhlizi” nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsi baxımından olduqca mühüm layihədir. Xəzər regionundan Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsinin enerji təhlükəsizliyini şərtləndirən faktorlardan biri olan “Cənub Qaz Dəhlizi” də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yeni səhifəsini açıb.

“Azərbaycanın müəllifi olduğu, neft-qaz sənayesinin hüdudlarından çox-çox kənara çıxan bu layihə, ölkələrimizin və regionun gələcəyi üçün mühüm əhəmiyyət daşıyacaq və bu layihələrin reallaşması Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolunu daha da artıracaq. “Azəri-Çıraq-Günəşli” blokunda yerləşən dərin qaz laylarının mənimsənilməsi, “Abşeron”, “Ümid”, “Şəfəq-Asiman” və digər perspektiv strukturlarda hasilatın artırılması məqsədilə Azərbaycan iqtisadiyyatına investisiyaların axınının qarşıdakı illərdə də davam etməsi gözlənilir”, - deyə nazir müavini qeyd edib.

Plenar sessiyada çıxış edən Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektoru barədə məlumat verən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddət ərzində əldə olunan nailiyyətlər və kəşf olunan yeni yataqlar barədə danışıb. O həmçinin, “Şahdəniz” yatağı və onun perspektivləri, yeni kəşf olunan qaz-kondensat yataqları – “Ümid” və “Abşeron”, həmçinin Azərbaycanda hasil olunacaq qazı Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi”, onun tərkib hissələri Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri barədə məlumat verib.

Akademik bildirib ki, “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz boru kəməri (CQBK) ilə indiyədək Gürcüstana 5,5 milyard kubmetr, həmçinin də Türkiyəyə 41 milyard kubmetr təbii qaz verilib. Hazırda bu boru kəməri ilə hər gün orta hesabla Gürcüstana 1,6 milyon kubmetr, Türkiyəyə isə 16,8 milyon kubmetr təbii qaz nəql edilir.

“2016-2025-ci illərdə “Bulla-dəniz” yatağının işlənmə layihəsinə əsasən burada 5 yeni özülün quraşdırılması planlaşdırılır. Həmin dövrdə yataqda ümumilikdə 26 quyunun qazılması nəzərdə tutulur”, - deyə SOCAR-ın birinci vitse-prezidenti əlavə edib.

X.Yusifzadə qeyd edib ki, “Abşeron” yatağından ilkin hasilat quyusu ən tez gələn ilin üçüncü rübündə qazılacaq. Yataqdan ilkin qaz hasilatı isə 2019-cü ilin üçüncü və dördüncü rübündə nəzərdə tutulur. Hazırda hasilatın pay bölgüsü sazişi üzrə podratçı tərəfindən “Abşeron” yatağında İşlənmə Proqramı hazırlanır. İllik hasilat planı çərçivəsində hasil ediləcək ilkin qaz üçün belə bir ilkin fəaliyyət planı nəzərdə tutulub. Bu ilin sentyabrınadək konsepsiyanın həyata keçirilməsi imkanlarına dair tədqiqatın sona çatdırılması baş tutacaq. Oktyabrın sonunda İşlənmə Proqramının tərəfdaşlar tərəfindən təsdiq edilməsi, noyabrın əvvəlində bu proqramın SOCAR-a təqdim olunması, gələn il yanvarın sonuna qədər İşlənmə Proqramının təsdiqi planlaşdırılır. 2017-ci ilin sonuncu rübündə isə ilkin hasilatla bağlı plan üzrə yekun investisiya qərarı qəbul ediləcək.

Qaz İxrac edən Ölkələrin Forumunun (GECF) baş katibi Seyid Məhəmməd Hüseyn Adeli GECF-ə üzv olan ölkələrin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib. Bildirib ki, Azərbaycan bu sahədə böyük potensiala malikdir və qlobal qaz bazarında mühüm rol oynayacaq.

GECF-in baş katibi dünyadakı iqtisadi böhran fonunda ucuzlaşan enerji qiymətlərinin neft-qaz hasil edən ölkələrin iqtisadiyyatına təsirlərindən danışıb, enerji nəhənglərinin bu vəziyyətdən çıxış yolu üçün atdığı addımlardan söhbət açıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xəlil İbrahim Akça (ECO) Azərbaycanın ECO-nun fəal üzvlərindən biri olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan özünün neft-qaz resursları ilə nəinki regionun, o cümlədən də Avropanın enerji infrastrukturuna töhfələr verməkdədir.

Konfrans işini müxtəlif sessiyalarla davam etdirib. Sessiyalarda son zamanlar neftin ucuzlaşması və ucuz neft fonunda Xəzər regionunun Avropa və dünya bazarlarında əsas enerji tədarükçüsü olaraq qalması, neft və təbii qazın qiymət dinamikası və gözləntilər, Xəzər regionunun zəngin neft və qaz ehtiyatlarının kəşfiyyatı, regionda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişafı perspektivləri, regional enerji təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Bundan başqa, neft iqtisadiyyatı, enerji geosiyasəti, enerji bazarları və onların tənzimlənməsi, qaz təchizatı və nəqliyyat problemləri, regional enerji bazarları, davamlı inkişaf üçün enerji siyasəti, enerji qənaətli tələbi iqtisadi artım, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlər də əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, konfransın Bakıda təşkil olunması ilə bağlı qərar 2015-ci il mayın 24-də IAEE-nin Antalyada keçirilən İdarə Heyətinin iclasında qəbul edilib.

Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın I Avrasiya konfransı keçirilir[YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib