MƏDƏNİYYƏT
Bakıda “Human” adlı fotosərgi açılacaq
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın sonunda Bakıda "Human" layihəsi çərçivəsində eyniadlı fotosərgi açılacaq.
Layihənin təşkilatçısı gənc fotoqraf Babək Sübhani AZƏRTAC-a bildirib ki, layihənin müəllifi özü və tanınmış aktyor Bəhruz Vaqifoğludur.
Layihənin əsas mövzusunu Azərbaycanın tanınmış teatr aktyorları və rejissorlarının portretləri, onların ifasında kompozisiya fotoları, intihara qarşı insanların biganəliyi və mim obrazlarının ifasında qadına qarşı şiddət təşkil edir.
Sərginin əsas məqsədi "Yaşadığımız dünyada müharibəyə, şiddətə və intihara yox demək" devizindən ibarətdir.
Qeyd edək ki, sərginin simaları arasında Xalq artistləri Bəxtiyar Xanızadə, Ramiz Novruz, Əməkdar artistlər Münəvvər Əliyeva, Şəlalə Quliyeva, rejissor Cavid Təvəkkül, aktyorlar Kamran Ağabalayev, Bəhruz Vaqifoğlu, İlahə Həsənova, Səbinə Hacıyeva, Zəhra Osmanova, Mənsurə Əhmədova və başqalarının maraqlı fotoları yer alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]