MƏDƏNİYYƏT
Bakıda “Kolumbiya- Azərbaycan: rənglərin rapsodiyası” adlı sərgi açılacaq
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 20-də İçərişəhərdə yerləşən Bakı Rəsm Qalereyasında
“Kolumbiya-Azərbaycan: rənglərin rapsodiyası” adlı fotosərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgidə iki diplomatın – Zaur Qulaməliyev və Xose Rikardo İnfante Frankonun işləri təqdim ediləcək.
Sərgidə iki müəllifin 40 fotoşəkli nümayiş olunacaq. Fotoşəkillərdə əsasən rənglər, insanların emosiyaları və hər iki ölkənin özəllikləri göstərilir. Ekspozisiyada nümayiş olunan fotoşəkillərin arasında çox bənzər və fərqli məqamlar öz əksini tapıb.
Maraqlı məqam odur ki, diplomatların hər ikisi də fotoqrafçılıq hobbisini peşəkar fəaliyyətə çevirə bilib. Sərginin məqsədi Azərbaycanı kolumbiyalı fotoqrafın, Kolumbiyanı isə azərbaycanlı fotoqrafın gözlərindən görməkdir.
Məhz bu mədəniyyətlərarası dialoqun əsasıdır. Qeyd edilən fotosərgi Kolumbiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]