SİYASƏT
Bakıda Milli Məclisin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə konfrans keçirilir VİDEO
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans Milli Məclisin və ATƏT Parlament Assambleyasının (PA) birgə təşkilatçılığı ilə keçirilir.
Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri aparılacaq.