İDMAN
Bakıda “Olimpiya ümidləri” beynəlxalq karate turniri keçiriləcək
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun anadan olmasının 50 illik yubileyi münasibətilə sentyabrın 27-29-da “Olimpiya ümidləri” adlı ənənəvi beynəlxalq karate turniri keçiriləcək.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda 6-13 yaşlı uşaqlar mübarizə aparacaqlar. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq xatirə turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutacaq. Sentyabrın 21-də turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət ediləcəklər.
Yarışda 10-dan artıq ölkədən idmançıların iştirakı gözlənilir.
“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl Azərbaycanın tanınmış karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]