Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə Diplomatik Münasibətlərinin 30-cu İldönümü” adlı konfrans keçirilib

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Şuşa Bəyannaməsi və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30-cu ildönümü” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda açılış nitqləri ilə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı çıxış ediblər.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında bildirib ki, Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr hər zaman mövcud olub. O, Şuşa Bəyannaməsini iki ölkə arasında tarixi əlaqələrin növbəti mərhələsi adlandırıb. F.Şəfiyevin sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında əlaqələrin inkişafı üçün bir sıra strateji addımlar atılıb.

"Hazırda Cənubi Qafqaz ətrafında gərgin geosiyasi vəziyyət hökm sürür. Bu proseslər bizi sövq edir ki, Türkiyə ilə daha sıx əməkdaşlıq edək. Hazırki vəziyyətdə regional əməkdaşlığa yeni baxış lazımdır. Yeni geosiyasi fonda yeni imkanlar yaranıb. Azərbaycan qazına yeni maraq oyanıb, Orta Dəhlizinin əhəmiyyəti yüksəlib", - deyə F.Şəfiyev qeyd edib.

Konfransda çıxış edən Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş 30 il ərzində Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf edərək dünyada nümunəsi olmayan səviyyəyə çatdığını bildirib. Onun sözlərinə görə, Vətən müharibəsi və sonradan Şuşa Bəyannaməsinin imzalanması ilə iki ölkənin qardaşlığına bütün dünya şahid olub. Ufuk Ulutaş Qarabağ məsələsinə də toxunaraq, bu münaqişənin həllinin təkcə Azərbaycana deyil, bütün Cənubi Qafqaza rifah gətirəcəyini vurğulayıb. O, həmçinin bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr bütün dünyaya örnəkdir və xüsusilə enerji sektorunda əlaqələr regionun inkişafına təkan verir.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı regionda formalaşan yeni reallığın ölkələri yeni siyasətin irəli sürülməsinə sövq etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən 30 ildə əlaqələr dərinləşib və genişlənib. Diplomat Şuşa Bəyannaməsinin 30 il sonra Qars müqaviləsini taclandıran vacib sənəd olduğunu diqqətə çatdırıb. Cahit Bağçı Qarabağ məsələsinə də toxunaraq deyib ki, Türkiyə bütün beynəlxalq platformalarda Azərbaycanın yanında olub. O qeyd edib ki, iki ölkə əl-ələ verib beynəlxalq ictimaiyyətin təmin edə bilmədiyi ədaləti təmin edib, bu prosesdə Türkiyə Azərbaycana diplomatik və mənəvi dəstək verib.

Sonra iki hissədən ibarət panel müzakirələri baş tutub. BMTM-in şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə keçirilən birinci paneldə Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının sədri Məsud Özcan, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı, İran Araşdırmaları Mərkəzinin (İRAM) direktoru Haqqı Uyqur və Xəzər Universiteti Tarix və Arxeologiya Departamentinin müdiri Telman Nüsrətoğlu iştirak ediblər.

Paneldə Türkiyə ilə Azərbaycan arasında siyasi və hərbi sahələrdə münasibətlər müzakirə olunub. Otuz il ərzində iki ölkə arasında əlaqələrin davamlı inkişaf etdirilməsi üçün bir çox işlərin görüldüyü, bu əlaqələrdə siyasi liderlərin rolunun böyük olduğu bildirilib. Həmçinin Azərbaycan ilə Türkiyə arasında sağlam hərbi əməkdaşlığın mövcud olduğu qeyd edilib, bu əməkdaşlığın inkişaf etdirilməsində 2010-cu ildə iki ölkə arasında imzalanmış Strateji Əməkdaşlıq Sazişi və 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinin önəmindən bəhs olunub. Panel müzakirələrində Azərbaycan ilə Türkiyə arasındakı siyasi və hərbi sahələrdə əlaqələrin Mərkəzi Asiyadakı türk dövlətləri ilə inkişaf etdirilməsinin mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun moderatorluğu ilə keçirilən ikinci paneldə isə Ankara Sosial Elmlər Universitetinin müəllimi Murad Yeşiltaş, BMTM-in enerji üzrə eksperti Şahmar Hacıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşaviri Əhməd Ərdal və Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun şöbə müdiri Fuad Qəmbərov iştirak ediblər.

Paneldə Azərbaycan ilə Türkiyə arasında enerji, nəqliyyat və iqtisadi münasibətlər müzakirə olunub, iki ölkə arasında enerji tərəfdaşlığının yüksək səviyyədə təşkil edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın neft və qazının Avropa bazarına çıxışının təmin edilməsi üçün Türkiyə, Azərbaycan və digər əməkdaş ölkələr arasında böyük layihələr həyata keçirilib. Azərbaycanın enerji resurslarını təhlükəsiz şəkildə təchiz etdiyi, tranzit ölkələrlə sıx əməkdaşlıq əlaqələri qurduğu vurğulanıb.

Ekspertlər enerji təhlükəsizliyin təmin olunmasının Türkiyə və Azərbaycan üçün vacib məsələ olduğunu, bu sahədə Azərbaycanın böyük uğur qazandığını qeyd ediblər.

Azərbaycanın son illərdə, xüsusilə Qarabağ Zəfərindən sonra bölgədə əsas güc olduğunu bir daha göstərdiyi bildirilib, Türkiyənin Azərbaycana hər zaman hər bir sahədə dəstək göstərəcəyi vurğulanıb.

Panellər iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar