MƏDƏNİYYƏT
Bakıda “Turizm imkanlarının kəşf edilməsi” müzakirə edilib
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi "Turizm imkanlarının kəşf edilməsi" adlı işgüzar görüş keçirilib. Görüşdə xüsusi qonaq olaraq dəvət olunan Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Florian Zenqstşmid qonaqları Azərbaycan Turizm Bürosunun fəaliyyəti, Azərbaycan turizm strategiyasının konsepsiyası, ölkə turizminin inkişafına dair planlar barədə məlumatlandırıb və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq yeni tərəfdaşlarla əlaqələr yaratmaq üçün görülən işlər barədə danışıb.
Tədbirdə, həmçinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin üzvü Cavid Kazımov və üzv şirkətlərin nümayəndələri iştirak ediblər.
İştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılan tədbirdə auditoriyanın verdiyi suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]