Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib VİDEO

Bakı, 22 avqust, AZƏRTAC 

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Komitənin sədri Mübariz Qurbanlı Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyətindən danışıb.

Sonra "REAL" televiziyasının hazırladığı sənədli film nümayiş olunub.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Allahşükür Paşazadəni nüfuzlu ictimai xadim kimi səciyyələndirib. Əli Həsənov deyib ki, A.Paşazadə Azərbaycanın mənəvi həyatında özünəməxsus nümunələr yaradıb. Azərbaycan müstəqillik əldə etməzdən əvvəl şeyxülislamlıq müəyyən çərçivəyə alınmışdı. Dövlət müstəqilliyinin bərpasından sonra isə şeyxülislamlıq tamamilə yeni müstəviyə qədəm qoydu. Bu, ilk növbədə, Allahşükür Paşazadənin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyinin ilk illərindən böyük dövlətlərin marağında idi. A.Paşazadə həmin illərdə məsuliyyəti öz üzərinə götürdü və mənəvi birliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. O, Azərbaycanda milli-mənəvi birlik modelini yaradıb. Onun bu istiqamətdəki xidmətləri ulu öndərimiz Heydər Əliyev tərəfindən xüsusi qiymətləndirilib.

QMİ sədrinin ölkəmizdəki dini konfessiyalar arasında münasibətlərin yüksək səviyyədə qorunub saxlanılmasında da birbaşa rol oynadığını bildirən Prezidentin köməkçisi qeyd edib ki, sadə insanlar bu nümunəni görüb digər dinlərin nümayəndələrinə hörmət və ehtiramla yanaşırlar. İslam dini müdrik dindir. Onu xurafatdan uzaqlaşdırıb düzgün təqdim edilməsi də Şeyxülislam Allahşükür Paşazadənin xidmətidir. O, çətin zamanda xalqın qarşısına çıxaraq prinsipial mövqe ortaya qoyub. Bu gün bütün dünyada böyük hörmətə malik olan A.Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır. Şeyxülislam, eyni zamanda, sülh missiyası həyata keçirən diplomatdır və İslam dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsində də böyük rol oynayıb, müsəlman ölkələrinə təcavüzlərə qarşı daim etirazını bildirib. A.Paşazadə Şeyxülislam olaraq öz missiyasını layiqincə yerinə yetirib və yetirir. 1993-cü ildə o, bütün insanları Ulu Öndərin ətrafında birləşməyə çağırdı. Bu da onun vətəndaşlıq mövqeyinin göstəricisidir. Azərbaycan dövləti onun fəaliyyətini layiqincə qiymətləndirib. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev çıxışlarında A.Paşazadənin xidmətlərini dəfələrlə qeyd ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bugünkü tədbirin çox əlamətdar olduğunu bildirərək qeyd edib ki, Allahşükür Paşazadənin 40 illik şeyxülislamlıq fəaliyyəti dövründə xalqımız, dövlətimiz qarşısında böyük xidmətləri var. O, əsl ağsaqqaldır. A.Paşazadə sübut edib ki, ağsaqqallıq yaşla bağlı deyil, o, hələ 30 yaşında olarkən Şeyx seçilmişdi. Həmin vaxt Naxçıvanda məscidlər tikildi. O, hər zaman Ulu Öndərin yanında idi. Ulu Öndərimizin müstəqil Azərbaycana rəhbərliyə başlamasından sonra ölkəmizdə hər sahədə tərəqqi başladı. Şeyxülislam A.Paşazadə bu işə daim öz dəstəyini göstərib.

Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB), Xalq yazıçısı Anar A.Paşazadənin Azərbaycan tarixində ən gənc Şeyxülislam olduğunu vurğulayıb. Qeyd edib ki, o, hələ gənc yaşlarında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına töhfələr verib. Bu gün isə Azərbaycanın tolerantlıq modelinin dünyaya tanıdılmasında əvəzsiz rol oynayır.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov A.Paşazadənin təkcə ictimai xadim deyil, eyni zamanda, siyasi xadim və diplomat olduğunu bildirərək deyib: “Xalqımızın çətin günlərində Azərbaycanda iki nəfər xalqın qarşısına çıxdı, Qorbaçovu ittiham etdi - ulu öndər Heydər Əliyev və Şeyxülislam Allahşükür Paşazadə. Ölkəmizdə dini münasibətləri çox düzgün tənzimləyən Şeyxülislam A.Paşazadə dünyada böyük hörmətə malikdir. Bütün cərəyanların nümayəndələri Vəhdət namazlarında iştirak edirlər. Bu isə ölkəmizdəki müxtəlif dini cərəyanlara mənsub insanların vahid mərkəzdə birləşdiyini göstərir. Bu gün Azərbaycan beynəlxalq dini tədbirlərin keçirildiyi mərkəzə çevrilib”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi multikulturalizm siyasətinin əsasını dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulması təşkil edir. Bu siyasətin reallaşmasına QMİ sədri də öz töhfəsini verir. A.Paşazadənin həyat və fəaliyyətindən söhbət açan E.Nəcəfov qeyd edib ki, o, nəinki Azərbaycanda və Qafqazda, eyni zamanda, bütün dünyada böyük nüfuz sahibidir. Ulu Öndər onun xidmətlərindən danışarkən demişdi: Əgər Allahşükür Paşazadə bütün Qafqazın Şeyxidirsə, biz bununla fəxr etməliyik.

Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycanda vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində Allahşükür Paşazadənin şəxsiyyəti çox böyük rol oynayıb. O, bütün dinlərə mənsub insanlara eyni məhəbbətlə yanaşır. Bu səmimiyyəti onu bütün dünyada sevdirir. “Bu gün Azərbaycan böyük dini tədbirlərə ev sahibliyi edir. Bunu qısqananlar da var. Lakin bu, bizim həyat tərzimizdir”, - deyə Z.Əsgərov vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin Şeyxülislam Allahşükür Paşazadəni təkcə Azərbaycan üçün deyil, bütün İslam dünyası üçün əvəzolunmaz, dahi şəxsiyyət kimi dəyərləndirib. Qeyd edib ki, A.Paşazadə dahiliyin səsidir, İslam dünyasının ona böyük ehtiyacı var.

Şeyxülislam Allahşükür Paşazadənin xalqımızın etibarını, inamını qazanmış dini lider olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, o, bütün Qafqazda dini həmrəyliyin bərqərar olunmasında əvəzsiz rola malikdir. Hər il keçirilən İftar mərasimlərində bütün dinlərə mənsub insanların birgə iştirakı ölkəmizdəki tolerant mühitdən xəbər verir. Ölkəmizdə sülhün, əmin-amanlığın qorunub saxlanılmasında QMİ sədrinin böyük xidmətləri var.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı xatirələrini bölüşüb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxışlarında ölkəmizdə dinə münasibətdən, multikultural və tolerant mühitdən məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, dini tolerantlığın qorunub saxlanılması daim dövlətin diqqət mərkəzindədir və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir. Bütün dinlərə mənsub insanlar bu ölkədə rahat, sərbəst şəkildə yaşayırlar. Ulu öndər Heydər Əliyev deyirdi ki, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir və zənginləşdirilir. Buna görə də Azərbaycandakı bütün xalqlar özlərini sərbəst, rahat hiss edir, dini inanclarına görə mənfi münasibətlərə məruz qalmırlar.

Sonra Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bütün xoş sözlərə görə təşəkkürünü bildirib. O, Azərbaycanda İslam dininin sovet dövründəki çətin vəziyyətindən danışaraq bildirib ki, xalqımız gizli də olsa, öz imanını yaşadıb. Ulu öndər Heydər Əliyev hələ o dövrdə İslamın inkişafı üçün işlər görür, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində fəaliyyət göstərirdi.

“Ulu Öndər çox imanlı şəxsiyyət idi. Bu gün Azərbaycanın tolerant ölkə kimi tanınmasının əsasını Ümummilli Lider qoyub. Hazırda isə bu işi Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün İslamın təbliği və tanıdılması üçün hər cür şərait var. Dövlətimiz bu işə xüsusi dəstək göstərir”, - deyə Allahşükür Paşazadə qeyd edib.

Tədbir ziyafətlə davam edib.

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq