CƏMİYYƏT
Bakıda altı ay əvvəl törədilən cinayətin üstü açılıb
Bakı, 16 yanvar, AZƏRTAC
Paytaxtda 6 ay əvvəl mağazadan oğurluq edən keçmiş məhkum tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2019-cu il iyulun 3-də Xətai rayonu, Telnov küçəsində yerləşən mağazaların birində vətəndaş Y.Muşkiyevanın əl çantasından maaş kartı və dəyəri bilinməyən qızıl qolbağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan (Cinayət Məcəlləsinin 177-ci, 234-cü maddələri) 1978-ci il təvəllüdlü V.Əliyev idarənin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]